Xəbər lenti

Sədr “110-dan yuxarı sürə bilər” desə də... (FOTO)
Ölkə17:03 22.01.2024

Sədr “110-dan yuxarı sürə bilər” desə də... (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda radar nişanları quraşdırılıb. 
"Qafqazinfo” xəbər verir ki, bu isə tezliklə ödənişli yolda radarlar və digər xüsusi texniki vasitələrin quraşdırılması anlamına gəlir.
Ətraflı
Qeyd edək ki, bir neçə gün öncə AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov mətbuata açıqlamasında  "Biz  sürücülərə xəbərdarlıq məqsədilə məlumat vermişik. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110-dan yuxarı kim istəyirsə, sürə bilər” demişdi.
Saleh Məmmədovun bu açıqlaması sosial şəbəkələrdə ciddi şəkildə tənqid olunmuşdu.
Onu da əlavə edək ki, artıq ödənişli yolda ölüm və ağır xəsarətlə nəticələnən bir neçə yol qəzası baş verib.