Xəbər lenti

Səfər Əbiyevin daha bir kadrı həbs olundu
Ölkə10:23 27.01.2014

Səfər Əbiyevin daha bir kadrı həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) yüksək rütbəli zabiti həbs edilib.

AzNews.az-a daxil olan məlumata görə, HDQ-nın II dərəcəli kapitanı, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. S. Hüseynov HDQ-nın ərzaq təminatı xidmətinin rəisi vəzifəsində çalışıb. II dərəcəli kapitan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, dövlət əmlakının mənimsəməkdə ittiham olunur. 

Xatırladaq ki, həbs olunan zabit keçmiş müdafiə naziri Səfər Əbiyevin və HDQ-nın komandiri, vitse-admiral Şahin Sultanovun yaxın adamı kimi tanınıb. 

Qaynar.info