Xəbər lenti

Səfər Əbiyevin evinin qarşısına aksiya təyin edildi
Ölkə08:21 06.03.2013

Səfər Əbiyevin evinin qarşısına aksiya təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi martın 9-na Ədliyyə Nazirliyinin binası və müdafiə naziri Səfər Əbiyevin evi qarşısına piketlər təyin edib. Bakı Şəhər İcra hakimiyyətinə rəsmi müraciət olunub.

Aksiyalar zabitlərə istifadə olunmamış məzuniyyətə və cəbhəyanı zonada xidmətə görə ödənişlərin verilməməsi şikayətləri üzrə məhkəmə qərarlarının icrası tələbi ilə keçirilir. 

“Turan” xəbər verir ki, piketlərdə “Məhkəmə qətnamələri icra edilsin!”, “Pul kompensasiyaları ödənilsin!”, “Səfər Əbiyevin xaricə çıxışına qadağa qoyulsun!”, “Məhkəmə hakimiyyətini iflic edən məmurlara ar olsun!” şüarları səsləndiriləcək.

Qaynar.info