Ankarada sərgi zamanı Rusiya səfiri Andrey Karlov qətlə yetirən pois məmuru Mevlüt Mert Altıntaşla bağlı ilginc iddialar ortaya atılıb.
Qaynarinfo.Az xəbər verir ki, "CNN Türk"ün qonağı olan Yeni Yüzil Universitetinin rektoru Yaşar Hacısalihoğlu qatilin FETÖ üzvü (Fətullahçı Terror Örgücü) ola biləcəyini iddia edib. Hacısalihoğlu bildirib ki, Altıntaş adı imtahan suallarının oğurlanması ilə bağlı istintaqda keçib. Bu olay FETÖ ilə bağlıdır.
"Hürriyət" yazarı Abdülkadir Selvi isə süi-qəsdçinin hadisə zamanı etdiyi çıxışların "Əl-Qaidə" militanlarını xatırlatdığını, ərəb dilində çox pis danışdığını bildirib. Onun fikrincə, Altıntaş özünü "Əl Nusra" militanı kimi göstərməyə cəhd edirmiş: "Ancaq hazırda əsasən onun FETÖ ilə əlaqələri araşdırılır. O, 15 iyul süi-qəsd günü icazəli olduğu və işə çıxmadığı bəllidir".
Qaynarinfo.Az