Xəbər lenti

Səfirin həyat yoldaşı Bakıda qəzaya düşdü
Ölkə05:07 24.08.2015

Səfirin həyat yoldaşı Bakıda qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı Bakının Nərimanov rayonu ərazisində yol qəzasına düşüb. Bu barədə “Report”a Nərimanov Rayon Polis İdarəsindən bildirilib. 
Hadisə Təbriz küçəsində baş verib. Belə ki, səfirin həyat yoldaşı 39 yaşlı Monika Pivonkanın olduğu “Mercedes” markalı avtomobil “Nissan” markalı maşınla toqquşub.
M.Pivankonun olduğu avtomobil səfirliyə məxsusdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil əzilib. Faktla bağlı araşdırma aparılır. 
Qaynar.info