Xəbər lenti

Şəhid ailə üzvlərinə güzəştlər artırılır
Ölkə15:38 17.12.2021

Şəhid ailə üzvlərinə güzəştlər artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailə üzvlərinə üstünlük veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun qərarı ilə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilib.
Həmin Qanunla edilmiş dəyişikliyə əsasən şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilib.
Bununla əlaqədar "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsinə zərurət yaranıb.