Xəbər lenti

Şəhid əsgərlər mükafatlandırıldı - VİDEO
Ölkə19:41 21.05.2016

Şəhid əsgərlər mükafatlandırıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhihdələrin 40 mərasimi keçirilib. Onların göstərdiyi şücaətə görə layiq görüldüyü medallar ailələrinə təqdim olunub.
Qaynarinfo.az anspress-ə istinadən xəbər verir ki, aprel şəhidlərindən olan əsgər Rəvan Nurayev və müddətdən artıq hərbi xidmət qulluqçusu Sərxan Bayramovun medalları Zaqatalada ailələrinə təqdim edilib.
Şəhid əsgər Rəvan Nurayevin ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə  görə" 3-cü dərəcəli medalı onun doğulub boya-başa çatdığı Muxax kəndində  anasına  təqdim olundu. Təltif olunma mərasimində şəhidin doğmaları və hərbçi  yoldaşları 19 yaşlı Rəvan Nurayevin döyüşlərdə əsl qəhrəmanlıq göstərdiyini və şəhidlik zirvəsinə ucalmaqla Vətənə layiq övlad olduğunu vurğuladılar.
Müddətdən artıq hərbi xidmət qulluqçusu 23 yaşlı Sərxan Bayramovun medalını isə atasına verildi.Vətən sağ olsun deyərək medalları  qəbul edən şəhidlərin  ailələri isə itgiləri ağır olsa da, igid oğullrının qəhrəmancasına  şəhid olmasından  qurur hissi keçirdiklərini söylədilər.
Qaynarinfo.az