
Bu ilin aprel ayının əvvəlin də cəbhə xəttində ermənilərin təxribatlarını alan zaman şəhid olan hərbçilərin medalı ailə üzvlərinə təqdim edilib.
"Report"un məlumatına görə, bu münasibətlə Qazax rayonunda təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin (MN), Qazax Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri, rayon icitamiyyəti və şəhidlərin ailə üzvləri iştirak edib.
Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçiləri - rayonun Yuxarı Salahlı kənd sakini 26 yaşlı gizir Elvin Namazovun təltif edildiyi "Vətən uğrunda" medalı şəhidin ansına, Fərəhli kənd sakini 32 yaşlı kapitan Mühid Orucovun təltif edildiyi "İgidliyə görə" medalı şəhidin əkiz övladlarına, 20 yaşlı əsgər Orxan Əliyevin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin anasına təqdim edilib.
Mərasimdə bildirilib ki, aprel ayında cəbhə xəttində erməni təxribatları nəticəsində Qzax rayonu 3 şəhid verib: "Şəhidlər son damla qanına qədər döyüşüb, ermənilərin canlı qüvvəsini və texnikalarını məhv ediblər".
Qaynarinfo.az