Xəbər lenti

Şəhid Milli Qəhrəmanla bağlı daha bir sərəncam
Ölkə17:21 15.12.2020

Şəhid Milli Qəhrəmanla bağlı daha bir sərəncam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
Qaynarinfo xəbər verir ki, təltif olunan arasında Milli Qəhrəman Şükür Həmidov da var.
Şəhid polkovnik Həmidov Şükür Nəriman oğlu ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunub.
Qeyd edək ki, şəhid polkovnik Şükür Həmidov Prezidentin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Zəfər" ordeni ilə də təltif olunub.