Xəbər lenti

Şəhidin adına tikilən bulağın açılışı oldu
Ölkə17:28 16.08.2021

Şəhidin adına tikilən bulağın açılışı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən müharibəsi şəhidi Əli Ələkbərovun adına inşa edilən bulağın açılışı olub. 
Qaynarinfo xəbər verir ki, bulaq Xırdalan şəhərində, AAAF Park Yaşayış Kompleksində şəhidin adını daşıyan küçədə inşa olunub. 
Açılış mərasimində şəhidin ailəsi və qazilər iştirak edib. 
Qeyd edək ki, Əli Ələkbərov 1985-ci ildə dünyaya gəlib. O, Vətən müharibəsində könüllü iştirak edib. Ə.Ələkbərov 17 oktyabrda Suqovuşanda şəhid olub.