İstanbulda Ədirnəqapı şəhidliyində kimliyi bəlli olmayan biri "Biji Apo" şüarı səsləndirib.
Qaynarinfo haber7-yə istinadən xəbər verir ki, vətəndaşlar həmin adama şüarını dayandırmağı tələb etsə də, o, yenidən "Biji Apo” deməyə davam edib. Bundan sonra qəzəblənən adamlar onu döyməyə başlayıb. "Bu adam 23 Sentyabr 2019-da Ədirnəqapı Şəhidliyində təxribatla ölkəni bir-birinə qarışdırmaq istəyir. Şəhidlikdə "Biji Apo” deyə qışqırır. Qoy hamı görsün”, - cib telefonu ilə çəkdiyi videoda vətəndaşlardan biri deyir.
Hadisə yerinə gələn polis qrupları həmin şəxsi saxlayaraq idarəyə aparıb.