Xəbər lenti

Şəhriyar yenə Kasparova qalib gəldi
İdman18:09 11.07.2021

Şəhriyar yenə Kasparova qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour" şahmat seriyasının rapid və blitz üzrə üçüncü mərhələsi başa çatıb. Turnirin son günündə blitz üzrə daha 9 tur oynanılıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi Şəhriyar Məmmədyarov görüşlərindən 5-də rəqiblərinə qalib gəlib. 2 dueldə xalları yarı bölən "Şah", bir o sayda da məğlubiyyətə üzülüb.
Beləliklə, turnir ərzində 19 xal toplayan 36 yaşlı qrossmeysterimiz yekun sıralamada 6-cı olub. Mərhələnin qalibi adını 23 xalla fransalı Maksim Vaşye-Laqrav qazanıb. Ondan 2 xal geri qalan Vişvanatan Anand 2-ci, aktivinə 20,5 xal yazan Aniş Giri 3-cü yeri tutub.
10-cu tur: Şəhriyar Məmmədyarov - Maksim Vaşye Laqrav (Fransa) 0,5:0,5 
11-ci tur: Yan Nepomnyaşiy (Rusiya) - Şəhriyar Məmmədyarov 0:1
12-ci tur: Şəhriyar Məmmədyarov - Yorden van Forest (Niderland) 1:0
13-cü tur: Aleksandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov 0:1
14-cü tur: Şəhriyar Məmmədyarov - Yan-Kriştof Duda (Polşa) 1:0
15-ci tur: Harri Kasparov (Rusiya) - Şəhriyar Məmmədyarov 0:1
16-cı tur: Şəhriyar Məmmədyarov - Anton Korobov (Ukrayna) 0:1
17-ci tur: Şəhriyar Məmmədyarov - Vişvanatan Anand (Hindistan) 0,5:0,05 
18-ci tur: Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov 1:0
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsinin - "Superbet Chess Classic Romania"nın qalibi olub.