
Bisavadlıq hakerlərə Banqladeşin Mərkəzi Bankının hesablarından 100 milyon dolları oğurlamağa mane olub.
Qaynar.info milli.az-a istinadən bildirir ki, Nyu-York Federal Ehtiyat Bankının (Federal Reserve Bank of New York) rəhbərliyi Banqladeşin Mərkəzi Bankının hesablarından yalnız kağız üzərində mövcud olan qeyri-kommersiya təşkilatının hesablarına pul köçürməsini sezib. 1 milyard dollarlıq köçürmədə orfoqrafik səhvlər vardı. Məsələn, bisavad hakerlər "foundation" əvəzinə "fandation" yazmışdılar.
Banqladeşin Mərkəzi Bankı amerikalı bankirləri məhkəməyə vermək niyyətindədir. Banqladeşlilərin dediklərinə görə, amerikalılar onların bank sisteminə qanunsuz müdaxilə ediblər.
Qaynar.info