Xəbər lenti

Şəkidə dolu meyvə ağaclarına ziyan vurub
Ölkə06:35 15.05.2019

Şəkidə dolu meyvə ağaclarına ziyan vurub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəkiyə güclü dolu yağıb.
Qaynarinfo xəbər verir ki, mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb.
Bölgənin dağətəyi ərazilərinə qısamüddətli yağış yağıb. Qeyri-sabit hava şəraiti ən çox Şəki şəhərinin və ətraf kəndlərin ərazilərində özünü göstərib. Gecə saat 01:40 radələrində Şəki şəhəri və bir neçə dağətəyi kəndlərə 10-15 dəqiqə ərzində küləklə müşahidə edilən dolu yağıb.
Yerli sakinlərin verdiyi məlumata görə, güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib. (ONA)