
Nepalın cənubunda güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 47 nəfər dünyasını dəyişib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, cümə günündən bəri davam edən yağışlar 9 bölgədə öz təsirini göstərib. Yağışlar nəticəsində 31 min ailə evsiz qalıb.
Ölü sayının artmasından narahat olduqlarını vurğulayan rəsmilər axtarış-xilasetmə tədbirlərinin davam etdiyini, lakin hava şəraitinə görə fasilələrin yaşandığını bildirirlər.
Bir çox ərazidə əlaqə vasitələrinin və elektrik enerjisinin kəsildiyi deyilir.
Qeyd edək ki, Nepalda iyunda başlayan musson yağışları sentyabra qədər davam edir.
Ötən il bu dövrdə 75 nəfər dünyasını dəyişmişdi.
Gülşən
Qaynarinfo.Az