Texnologiya 15:52 30.08.2022

Səlçuk Bayraktar: "Qardaş Azərbaycana günəş ən isti, ən aydın halı ilə doğacaq" (FOTO)

Türkiyənin Samsun şəhərində işə başlamış və sentyabrın 4-nə qədər davam edəcək "Teknofest Karadeniz" Aerokosmik və Texnologiya Festivalının rəsmi açılış mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, açılış mərasimində Türkiyənin "Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar, Samsun valisi Zülkif Dağlı, Samsun bələdiyyə başqanı Mustafa Demir, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edib.

Selçuk Bayraktar çıxışında tədbir təşkil edilməsinə dəstək verən şəxslərə təşəkkür edib.

O, Azərbaycanla bağlı da danışıb: "Biz mübarizə apardıqca, irəlilədikcə gözəl vətənimizə və qardaş Azərbaycana, məzlumların yaşadığı bütün coğrafiyalara günəş ən isti, ən aydın halı ilə doğacaq. Bu yolda itirmək yoxdur".

Qeyd edək ki, 30 avqust - 4 sentyabr 2022-ci il tarixləri arasında Samsun Çarşamba Hava Limanında keçiriləcək "Texnofest Karadəniz”də müxtəlif sərgilər, hava şouları təşkil olunacaq.

Festivalda Azərbaycan da daxil olmaqla 81-dən çox ölkəni 150 mindən artıq komanda təmsil edir.