Xəbər lenti

Şəmkirdə avtomobil aşıb, 2 nəfər ölüb
Ölkə22:00 16.07.2016

Şəmkirdə avtomobil aşıb, 2 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir – Şiştəpə avtomobil yolunda   qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Avtomobildə olan iki sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynarinfo.Az