Xəbər lenti

Şəmkirdə dəhşətli qəza: ölən və yaralanlar var
Ölkə11:30 13.09.2016

Şəmkirdə dəhşətli qəza: ölən və yaralanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 395-ci km-də, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində qeydə alınıb.
Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Mahir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini Rövşən Məmmədovun idarə etdiyi “Subaru” markalı maşın toqquşub. Nəticədə “VAZ-2107”in sürücüsü M.Məmmədov hadisə yerində ölüb. 
Qəzada xəsarət alan “Subaru”nun sürücüsü və qadın sərnişini, həmçinin “VAZ-2107” markalı avtomobildəki bir sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan R.Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilib. Digər yaralıların isə durumu normaldır. 
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Qaynarinfo.Az