Xəbər lenti

Şəmşad Ağa Qaynar.info-dan ayrıldı
Ölkə11:24 06.10.2014

Şəmşad Ağa Qaynar.info-dan ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalist-yazar Şəmşad AĞA Qaynar.info-nun baş redaktoru vəzifəsindən ayrılıb.

Qaynar.info-nun verdiyi xəbərə görə, Şəmşad Ağa bu addımını şəxsi layihələri ilə əlaqələndirib.

"Qaynar.info baş redaktor kimi çalışmağım üçün bir növ təcrübə oldu. Buna qədər müxbir və redaktor kimi bir sıra qəzetlərdə və saytlarda çalışmışdım. Jurnalist fəaliyyətim daha çox internet media sahəsində olub. Hesab edirəm ki, Qaynar.info-da çalışdığım müddətdə də böyük uğurlar əldə etdik. Ən əsası qərəzsiz, vicdanlı mövqe sərgilədik. Qaynar.info ölkədə yaranan və sözünü demiş internet media resurslarındandır. Bu sayt 2007-ci ildə Zahir Əzəmət tərəfindən yaradılıb, təsisçi özüdür. Ona görə də fikirləşdim ki, bir az da öz şəxsi layihələrim üzərində düşünüm. Yəni oradan ayrılmağım sırf şəxsi layihələrimlə bağlı oldu" - deyə Şəmşad Ağa bildirib.

Yeni layihəsinin də internet mediası ilə əlaqəli olacağını deyən Şəmşad bəy vaxtı gələndə ətraflı danışacağını bildirdi: "Hazırda layihənin hazırlıq mərhələsidir, ətraflı danışmaq tezdir. Vaxtı gələndə hər kəs xəbər tutacaq".

Qeyd edək ki, Şəmşad AĞA əvvəllər "Paralel", "Gündəlik Bakı" qəzetlərində, həmçinin "24saat.Az", "7Gun.Az", "Publika.Az və "Gündəlik Teleqraf" qəzetinin saytı "teleqraf.com" kimi internet media orqanlarında çalışıb.

2013-cü ildən isə "Qaynar.info" saytının baş redaktoru olub.

Qaynar.info