Xəbər lenti

Şənbə-bazar günlərində bu sürücülərin cərimələnməsi doğrudurmu? - DYP
Ölkə10:10 19.02.2021

Şənbə-bazar günlərində bu sürücülərin cərimələnməsi doğrudurmu? - DYP

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yol hərəkəti haqqında qanun və bu qanunlardan irəli gələn tələblər müzakirə edilməməlidir”.   
Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov şənbə və bazar günlərində avtobus zolağına keçən şəxsi nəqliyyat vasitələri sürücülərinin cərimələnməsinin nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirərkən deyib. O bildirib ki, qanunvericilikdə hər hansı bir dəyişiklik edilməsi ilə bağlı müraciət edilməli, qanunda dəyişiklik olunmalıdır: 
"Ancaq hazırda zolaqlarla bağlı qanunvericilikdə göstərilən tələblər nədirsə, o da  yerinə yetirilir. Aidiyyatı qurum həmin ərazilərə yol nişanları qoysunlar, sürücülər də rahat hərəkətini davam etdirsinlər. O nişanları əraziyə biz qoymamışıq. Elə deyirlər ki, icazə verin, biz o zolaqlara girək. İcazəni biz yox, qanun verir. Qanun da nə deyir? Həmin ərazidə nişan olarsa, hərəkət edin”. 
Vaqif Əsədov qeyd edib ki, bu onlardan asılı məsələ deyil: 
"Biz nə deyirik ki, mən də onun tərəfdarıyam. Aidiyyatı qurum şənbə-bazar günü qeyd edilən zolaqlara girmək üçün müvafiq yol nişanları quraşdırırsa, buyursun... Yəni bu bizdən asılı deyil”.  
Bahar Rüstəmli