Xəbər lenti

Serbiya millimizlə matça ciddi itki ilə çıxacaq
İdman04:53 10.10.2021

Serbiya millimizlə matça ciddi itki ilə çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi önünə ciddi itki ilə çıxacaq.
Qaynarinfo APA-ya istinadla xəbər verir ki, komandamızın qrupdakı növbəti rəqibi Straxinya Pavloviçin xidmətindən məhrum qalacaq.
Buna səbəb 20 yaşlı müdafiəçinin Lüksemburqla səfər qarşılaşmasında sarı vərəqə almasıdır. Hazırda davam edən matçın 22-ci dəqiqəsində cəzalandırılan "Monako”nun oyunçusu tsikldə ikinci sarı vərəqəsini alıb. Bununla cəzalı duruma düşən Pavloviç millimizlə oyunu buraxacaq. O, seçmə mərhələdə ilk sarısını I turda İrlandiya ilə görüşdə alıb.
Qeyd edək ki, Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.