
"İkimizin yerinə" filminin çəkilişləri artıq yekunlaşıb.
Qaynarinfo.az xəbər verir ki, bu haqda məlumatı aktrisa öz rəsmi facebook səyfəsindən yayımlayıb.
Baş rollarını Serenay Sarıkaya və Nejat İşlərin paylaşdığı "İkimizin yerinə" adlı ekran işi izləyicilər tərəfindən maraqla gözlənilir.
Filmin ssenarisi Pınar Buluda, rejissorluğu isə Umur Turaqaya aiddir. Filmin hekayəsi kiçik qəsəbədə böyüyən qız ilə ədəbiyyat müəlliminin böyük məhəbbətindən bəhs edir.
Filmin qala gecəsinin nə vaxt baş tutacağı hələlik məlum deyil.
Qaynarinfo.az




