
Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycanın aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Qaynar.info-nun Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri ərazisində Azərbaycan vətəndaşına məxsus minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib.
Həmin avtomobildən Belarus və Gürcüstanın aksiz markaları ilə markalanan külli miqdarda “NZ”, “Marlboro”, “Pirveli”, “Parliament”, “Kent”, “Corset”, “Winston” adlı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info