Azərbaycan sərhədlərini qanunsuz keçmək istəyən xarici vətəndaşlar saxlanılıb.
Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərp verir ki, dünən Yardımlı RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı şəhərində dövlət sərhədini qanunsuz olaraq keçmiş Türkiyə vətəndaşı Yaman Gokan, Əfqanıstan vətəndaşları Məhəmməd Sərvəri, Zəhra Bəyat və Əli Rza həbs olunub.
Qaynar.info