Xəbər lenti

Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşləri Moskvada və Brüsseldə keçiriləcək
Siyasət15:35 24.05.2022

Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşləri Moskvada və Brüsseldə keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşləri Moskva və Brüsseldə keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə mayın 24-də Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk görüşündə razılıq əldə olunub.