Xəbər lenti

Sərnişindaşıma tarifləri bahalaşdı
Ölkə11:49 14.01.2014

Sərnişindaşıma tarifləri bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dekabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,4 faiz bahalaşıb.

Ans press-in Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, ötən ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 3,5 və 16,9 faiz, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 8,9 faiz bahalaşma müşahidə olunub.

Dekabr ayında dəniz nəqliyyatında sərnişindaşıma tarifləri 2,3 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neft və qazın nəql olunma tarifi üzrə və avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri və yükdaşıma tarifləri üzrə dekabr ayında dəyişiklik müşahidə olunmayıb.

Qaynar.info