Xəbər lenti

Sərnişinin çantasından 26 min brilyant çıxdı
Dünya16:32 12.03.2013

Sərnişinin çantasından 26 min brilyant çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dubaydan Moskvaya gələn rus sərnişinin çantasından 26 min ədəd brilyant daş çıxıb. 

Qaynar.info-nun məlumatına görə, brilyantlar Moskvanın "Şeremetovo" hava limanında sərnişinin yüklərinə baxış keçirilərkən aşkarlanıb. daşların ümumi dəyərinin 162 min dollar olduğu bildirilir. 

Rusiya Federal Gömrük Xidmətindən verilən açıqlamada sərnişinin qanunsuz olaraq çoxlu sayda brilyantı Rusiyaya soxmaq istədiyi bildirilib. 

Bundan başqa sərnişinin yük çantasında 5 ədəd İPhone 5 markalı telefon da götürülüb. 

Saxlanılan sərnişin isə yükün ona aid olmadığını, tanımadığı bir şəxsin bunları Rusiyaya aparmasını xahiş etdiyini deyib. 

Qaynar.info