Xəbər lenti

Sərxoş kişi 3 aylıq körpəni vəhşicəsinə döydü
Dünya07:26 20.01.2014

Sərxoş kişi 3 aylıq körpəni vəhşicəsinə döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Novosibirsk vilayətində sərxoş halda olan kişi 3 aylıq körpə uşağı vəhçicəsinə döyüb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu şəxs həyat yoldaşı ilə mübahisə edib və hirsini körpəyə töküb.

Həkimlər müayinə etdikdən sonra bildiriblər ki, körpə oğlan uşağına kəllə-beyin travması şəklində bədəninə zədələr yetirilib, beyin travması və kəllə sümüklərinin çoxsaylı sınıqları aşkar edilib. Bu barədə Rusiya Federasiyasının bölgə üzrə tətqiqat komitəsindən xəbər verilib.

Qeyd olunur ki, sərxoş atalar tərəfindən körpə uşaqların döyülmə hadisəsi sutka ərzində sayca ikincidir. Belə ki, Krasnoyarskda yaşayan 25 yaşlı kişi həyat yoldaşı ilə mübahisə etdikdən sonra baltanı əlinə alıb qadının baş nahiyyəsinə zərbələr yetirib. “Bu zaman kişinin yetirdiyi zərbələrdən ikisi qadının qucağında olan iki aylıq körpəyə dəyib” - press-relizdə bu barədə məlumat verilib.

Zərərçəkənlərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Qaynar.info