Xəbər lenti

Səsverməyə gələn Sarkisyan pərt oldu
Dünya08:46 02.04.2017

Səsverməyə gələn Sarkisyan pərt oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda parlament seçkiləri keçirilir.
"Qaynar" İstipres-ə istinadən xəbər verir ki, Ermənistan prezidenti, “Respublika” partiyasının sədri Serj Sarkisyan artıq səs verib. Lakin erməni prezident səsvermə zamanı çətinliklə üzləşib. Belə ki, yaranmış texniki nasazlıq səbəbindən onun barmaq izlərini tanımaq 2 dəqiqə vaxt alıb.    
Texniki nasazlıqları Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan da etiraf edib.
MSK sədri hazırda Lori vilayətində iki seçki məntəqəsində texniki qurğuların olmaması haqqında yayılan məlumatları təsdiqləyib.
Qeyd edək ki, səhər saat 8-dən Ermənistanın 2009 seçki məntəqəsində parlament seçkilərinə start verilib.
Parlamentə 105 deputat seçilməlidir. Seçkidə beş partiya - hakim "Respublika", "Kommunist", "Daşnaksutyun", “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok - “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edir.
Seçkilər yerli vaxtla saat 20:00-da yekunlaşacaq. 
Ermənistanda
Qaynar.Az