Xəbər lenti

Səudiyyə Ərəbistanı bikini geyinməyə icazə verəcək
Dünya08:32 05.08.2017

Səudiyyə Ərəbistanı bikini geyinməyə icazə verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində tikiləcək yeni turizm bölgəsində bikini geyinilməsinə icazə verəcək.

"Qaynarinfo" xəbər verir ki, neftin qiyməti aşağı düşəndən sonra Səudiyyə höküməti yeni gəlir mənbələri əldə etmək üçün Qırmızı dəniz sahilində 50 adada tikiləcək turizm mərkəzində beynəlxalq qanunlar tətbiq edəcək və qadınlar çimərlik geyimindən istifadə edə biləcək. "Gulf Insider"ın yaydığı məlumata əsasən turizm mərkəzinin inşası 2022-ci ildə tamamlanacaq və bu qərar yeni vəliəh Məhəmməd İbin Salman tərəfindən verilib.

Bildirilir ki, yeni vəliəhd 2030-cu ilə qədər ölkədə qadın hüquqları sahəsində ciddi dəyişiklik etməyi və islahatlar aparmağı planlaşdırır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İslam qaydaları ilə idarə olunur və ölkədə qadınlar baş və bədənlərini bağlayan geyimlərdən istifadə etməyə məcburdurlar.

Gülşən

Qaynarinfo.Az