Xəbər lenti

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina etdi
Ekonomiks19:38 18.02.2016

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa hazır deyil”. 

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr bildirib.

“Əlavə hasilatdan söhbət gedirsə, əgər digər istehsalçılar  məhdudiyyət qoymaq istəyirlərsə və ya hasilatın “dondurulmasına” dair razılığa gəliblərsə, bu, bazara təsir edə bilər. Lakin Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa hazır deyil”, deyə Adil Əl Cübeyr qeyd edib.    

Qeyd edək ki, fevralın 16-da Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə,  2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.

Qaynar.info