Xəbər lenti

Səudiyyə Ərəbistanını ayağa qaldıran görüntü - VİDEO
Dünya10:35 28.10.2013

Səudiyyə Ərəbistanını ayağa qaldıran görüntü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İşləmək üçün Səudiyyə Ərəbistanına gedən miqrantların döyülməsi bu ölkədə adi hala çevrilib.

Qaynar.info
xəbər verir ki, Səudiyyə Ərəbistanına işləmək üçün gedən bir hindlinin öz ərəb müdiri tərəfindən vəhşicəsinə döyülməsinin kadrları ortaya çıxıb.

Görüntülərdə adı məlum olmayan Səudi vətəndaşı hindlini əlindəki dəyənəklə amansızcasına döyür. Hindli də onu döyən müdirinə qarşı heç bir müqavimət göstərmir.

Hindlini döyən ərəb haqqında heç bir tədbirin görülməməsi insan hüquqlarəı müdafiəçilərinin narazzılığına səbəb olub.

Bütün ölkəni ayağa qaldıran video sürətlə mətbuat və sosial şəbəkələrdə yayılmağa başlayıb.

Qaynar.info