Xəbər lenti

Səudiyyə ilk dəfə turist vizası verəcək
Dünya11:18 29.09.2019

Səudiyyə ilk dəfə turist vizası verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanı ilk dəfə turist vizası verəcək.

Qaynarinfo xəbər verir ki, yeni qərara görə, 49 ölkə vətəndaşı turist vizası əldə etmək üçün müraciət edə biləcək. Vizaları səfirlik və konsulluqlardan, həmçinin hava limanı və gömrük keçidlərindən əldə etmək mümkün olacaq. Qeyri-müsəlman turistlərin Məkkə və Mədinəni ziyaret etməsi qadağandır. Turist vizası ilə müalicə və həcc ziyarəti üçün istifadəyə isə yol verilməyəcək.

Qeyd edək ki, Səudiyyə 2030-cu ilə qədər turizmdən əldə etdiyi gəliri milli gəlirin 10%-nə bərabərləşdirməyə çalışır. Ötən gün xarici ölkə vətəndaşları olan qadınlar üçün baş örtüsü məcburiyyəti aradan qaldırılıb.

Gülşən