Xəbər lenti

Səudiyyə kralının qardaşı öldü
Dünya17:42 12.11.2016

Səudiyyə kralının qardaşı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanı kralının doğma qardaşı şahzadə Turki İbn Abdel Əziz Əl-Saud şənbə günü dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi "SPA" məlumat yayıb.

Şahzadə ömrünün son illərində rəsmi vəzifə daşımayıb, 1968-1978-ci illərdə krallıqda müdafiə nazirinin müavini vəzifəsini icra edib.

Kral sarayı 3 gün ərzində şahzadənin vəfatı ilə əlaqədar başsağlıqları qəbul edəcəyini bəyan edib.

Qaynarinfo.Az