Xəbər lenti

Səudiyyədə daha bir yenilik: qadınlar taksi sürəcək
Dünya15:24 23.11.2018

Səudiyyədə daha bir yenilik: qadınlar taksi sürəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanında daha bir yenilik edilib.
Qaynarinfo xəbər verir ki, qadınlara xüsusi ailə taksilərini idarə etmək hüququ verilib. Bu barədə Dövlət Nəqliyyat Agentliyi mılumat yayıb.
Qadın sürücülər yalnız aralarında yetkinlik yaşına çatan azı bir qadının olduğu müştəriləri avtomobilə götürə bilər. Həmçinin kişi müştəriləri ön oturacaqda oturtmaq qadağan edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının tarixində bu il ilk dəfə olaraq qadınlara avtomobil sürməyə icazə verilib. Bu addım vəliəhd şahzadə Məhəmməd bin Salman Əl-Səudun sosial-iqtisadi dəyişikliklərinin bir hissəsidir.