
Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Saakaşviliyə qarşı şok ittiham irəli sürüb.
Qaynar.info-nun məlumatına görə, Şevardnadze bildirib ki, İvanişvilinin Moskvanın adamı olmadığına əmindir və buna görə and içməyə də hazırdır.
"Bu gün mən and içə bilərəm ki, Bidzina İvanişvili Rusiyanın adamı deyil. Amma mən bunu Saakaşvili haqda deyə bilmərəm. Sakkaşvili tam Rusiyanın adamıdır. Saakaşvili Rusiya üçün Gürcüstanın prezidenti olmağa ən arzuolunan şəxsdir. Beləsini heç vaxt tapa bilməyəcək. 2008-ci ildə Rusiya Saakaşvilidən nə istədisə aldı. Əgər İvanişvili olmasaydı daha çox ala bilərdi. Buna görə də Kreml Gürcüstanın indiki hökumətinə təzyiq edir" deyə Şevardnadze bildirib.
Qaynar.info