Xəbər lenti

Sevgiliniz üçün solmayan təbii güllər - FOTO
Dünya20:00 13.02.2015

Sevgiliniz üçün solmayan təbii güllər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə xüsusi gel ilə ömrü 6 ay uzadılan hədiyyəlik güllər hazırlanıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Süleyman Dəmirəl Universitetinin Gül və Gül Məmulatları Araşdırma Mərkəzi tərəfindən hazırlanan güllər 6 ayadək solmur.

Mərkəzin direktor müavini Ümid Ərdoğan bildirib ki, miniatür güllər içində xüsusi maye yerləşdirilmiş şüşə fənərlərin içinə qoyulub.

Onun sözlərinə görə, xüsusi maye güllərin ömrünü uzatmağa imkan verir: "İnsan sevgilisinə verdiyi gülün uzunömürlü olmasını istəyir. Buna görə də belə bir layihəyə imza atdıq".

Ü.Ərdoğan qeyd edib ki, 6 aydan sonra gül bağçada və ya saxsı qaba basdırıla bilər.

Qaynar.info