Tanınmış yazıçı Seymur Baycan YARAT incəsənət mərkəzi tərəfindən Bakı sahillərinə gətirilən "rezin ördək"lə şəkil çəkdirib.
Qaynar info-nun verdiyi xəbərə görə, avstraliyalı rəssam Florentin Hofman tərəfindən hazırlanan ördək dünəndən Bakı sahillərində üzür.
Yazıçının həmin ördəklə çəkdiyi şəkildə tanınmış bəstəkar Firudin Allahverdi də var. Şəkil facebook sosial şəbəkəsində Firudin Allahverdi tərəfindən paylaşılıb.
Qaynar.info
