Xəbər lenti

Seymur Həzinin səhhəti ilə bağlı problem həll olunmur
Ölkə10:38 16.11.2016

Seymur Həzinin səhhəti ilə bağlı problem həll olunmur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azadlıq qəzetinin Siyasət Şöbəsinin müdiri, “Azərbaycan saatı” televiziya proqramının redaktoru, AXCP sədrinin müavini Seymur Həzinin səhhəti daha da ağırlaşa bilər.

“Seymur Həzinin sağlamlığı ilə bağlı  mediada xəbərlər yayılandan sonra ümid edirdik ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məsələ ilə bağlı tədbir görüləcək. Lakin ona heç bir tibbi yardım göstərilməyib. Heç maraqlanan da yoxdur”. Bu sözləri Azadlıq.info-ya Seymur Həzinin həyat yoldaşı Nigar Həziyeva verib.

Qeyd edək ki, Seymur Həzi revmatizmdən əziyyət çəkir.

Qaynarinfo.Az