Xəbər lenti

Seysmoloq: Bu il seysmik və tektonik baxımdan mürəkkəb il olacaq (VİDEO)
Video 23:31 04.07.2024

Seysmoloq: Bu il seysmik və tektonik baxımdan mürəkkəb il olacaq (VİDEO)

"Ötən il və bu il ayrı-ayrı yerlərdə hiss olunan zəlzələlər baş verib. 2024-cü il də seysmik və tektonik baxımdan mürəkkəb il olacaq".


Bu sözləri "Xəzər Xəbər"ə məsahibəsində seysmoloq Qulam Babayev deyib.


Seysmoloq bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb və bu digər ərazilərdə də müşahidə oluna bilər.


Məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, Azərbaycan ərazisi seysmik bölgə olduğundan vaxtaşırı hiss edilən zəlzələlər baş verir.


Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->