Xəbər lenti

Şeyx pravoslavları təbrik edib
Ölkə07:06 08.01.2014

Şeyx pravoslavları təbrik edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Azərbaycanda yaşayan pravoslavları Milad bayramı münasibətilə təbrik edib. QMİ-dən ANS PRESS-ə verilən məlumata görə, Şeyxülislamın Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandra ünvanladığı təbrik məktubunda deyilir:

"Müsəlmanlar adından və şəxsən öz adımdan Azərbaycanda yaşayan Pravoslav kilsəsinin bütün övladlarını Milad bayramı və Yeni ilin başlaması münasibəti ilə ürəkdən təbrik edirəm".

Qafqaz müsəlmanlarının dini liderinin məktubunda deyilir: "Uca Tanrı bizi yaxınlaşdıran və birləşdirən hər şeyin qorunub saxlanması və ləyaqətli inkişafı naminə cəhdlərimizə xeyir-dua verəcək və bütün Azərbaycan xalqının ümumi rifahına imkan yaradacaq".


Qaynar.info