Xəbər lenti

Şeyxin qudası: "Onlar xalqın düşmənidir"
Ölkə09:50 06.05.2014

Şeyxin qudası: "Onlar xalqın düşmənidir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin qudası, millət vəkili Qalib Salahzadə son günlər adı nurçuluqda hallanan məmurların işdən azad olunmasına münasibət bildirib.

O, modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövlətçiliyinə qarşı çıxanlara kimliyindən asılı olmayaraq pis münasibətdədir: "Dövlətin həmin şəxslərə qarşı münasibəti necədirsə, mənim də münasibətim elədir. Dövlət özü həmin şəxslərə qarşı nə məsləhət bilirsə, onu da edir. Dövlət özü birbaşa bununla məşğul olur”.

Deputatın sözlərinə görə, kimlər dövlətin əleyhinə təbliğat aparır, yaxşılığını istəmirsə, xalqın düşmənidir. "Kim onlara haqq qazandıra bilər. Kim dövlətin, xalqın əleyhinə gedirsə, biz də o şəxslərlə pis münasibətdəyik. Dövlətin əleyhinə gedənlər kimliyindən asılı olaraq bizim düşmənimizdir”-deyə Hacı Qalib Sahalzadə vurğulayıb.


Qaynar.info