Xəbər lenti

Səyyad Aran kəskin danışdı: “Mübarizə aparmaq lazımdı“
Ölkə19:29 10.05.2014

Səyyad Aran kəskin danışdı: “Mübarizə aparmaq lazımdı“

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Müxtəlif dini qruplar var ki, onlarla mübarizə aparmaq lazımdır. 

Söhbət xüsusən sələfi və nurçulardan gedir. Azərbaycanın dövlətçilik və milli mənəvi dəyərlərinə hörmət edən hər bir din xadimi onlarla son anına qədər mübarizə aparmalıdır”. 

Modern.az xəbər verir ki, bunu Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr əvəzi Səyyad Aran bildirib.

Dövlət Komitəsinin sədr əvəzi son zamanlar barələrində ciddi söhbət gedən dini qruplardan narazılığını gizlətməyib: “1990-cı illərin əvvəllərində də bu cür qruplaşmalar var idi. İndi də bu hiss olunur. Azərbaycanın dövlətçilik və milli mənəvi dəyərlərinə hörmət edən hər bir din xadimi onlarla son anına qədər mübarizə aparmalıdır”. 

Qaynar.info