Xəbər lenti

"Səyyar qəbul otağı" İsmayıllıda quruldu  (FOTOLAR)
Ölkə16:23 23.08.2022

"Səyyar qəbul otağı" İsmayıllıda quruldu  (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İsmayıllı rayonunda SOCAR "Azəriqaz” İstehsalat Birliyinin növbəti "Açıq mikrofon” aksiyası baş tutub.
Görüş zamanı vətəndaşlar tərəfindən 5 fərdi, 1 kollektiv müraciət daxil olub. Aksiyaya rayondan və ətraf kəndlərdən üz tutan sakinlər qaz xəttinin yerinin dəyişdirilməsi, qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilməsi və fərdi qazlaşma ilə bağlı müraciətlər ediblər.
Ünvanlanan müraciətlərin araşdırılaraq vətəndaşlara məlumat verilməsi üçün hər biri qeydiyyata alınıb.