Xəbər lenti

Si Szinpin gələn həftə Putinlə görüşməyi planlaşdırır - "Reuters"
Dünya11:56 13.03.2023

Si Szinpin gələn həftə Putinlə görüşməyi planlaşdırır - "Reuters"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin lideri Si Szinpin gələn həftə həmkarı Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Si Szinpinin gələn həftə Rusiyaya səfər etmək niyyəti Reuters-ə məsələ ilə tanış olanlar tərəfindən bildirilib.
Səfər planları Çinin Rusiyaya diplomatik dəstəyini nəzərə alaraq, Qərbdə şübhə ilə qarşılanan Ukraynada sülhə vasitəçilik təklifi fonunda hazırlanıb.
Qeyd edək ki, fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlli üçün bütün ölkələrin suverenliyinə hörmət, "soyuq müharibə zehniyyətindən” imtina və hərbi əməliyyatların dayandırılmasını özündə ehtiva edən "sülh planı” adlanan planı dərc edib. 
Nizami Bağırov