Xəbər lenti

Silahlı Qüvvələrdə kadr ixtisarları gözlənilir
Dünya07:40 30.07.2013

Silahlı Qüvvələrdə kadr ixtisarları gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Silahlı Qüvvələrdə ciddi kadr ixtisarlarına başlamağı planlaşdırır.

APA-nın verdiyi məlumata görə, Fransa Müdafiə Nazirliyi 2019-cu ilə qədər silahlı qüvvələrin şəxsi heyətinin sayının 280 mindən 246 min nəfərədək azaldılması barədə qanun layihəsi hazırlayıb.

Avqustun 2-də hökumətdə baxılacaq layihəyə əsasən, sıravi hissələrin şəxsi heyəti 8 min nəfər, xaricdə olan kontingentlərdə 15-20 min nəfər azaldılacaq. Eləcə də 16 min aparat vəzifəsi ləğv olunacaq.

Bununla yanaşı, qanun layihəsində orduya məxsus bəzi obyektlərin özəlləşdirilməsi planlaşdırılır. İxtisarlar nəticəsində 2014-cü ildə satılacaq torpaq və binalar Müdafiə Nazirliyinin büdcəsinə  300 milyon avro gətirəcək. Fransa hökuməti, həmçinin 3 milyard avro dəyərində hərbi sifarişlərdən imtina etməyi planlaşdırır.

Qaynar.info