Xəbər lenti

Silahlılar deputatın evinə basqın edərək iki nəvəsini qətlə yetirib
Dünya19:03 21.12.2016

Silahlılar deputatın evinə basqın edərək iki nəvəsini qətlə yetirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kabildə naməlum silahlılar tərəfindən Əfqanıstan parlamentinin üzvü Mir Vəlinin evinə silahlı basqın edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində deputatın iki nəvəsi və iki mühafizəçisi öldürülüb.
Qelmend əyalətindən deputat seçilən Mir Vəlinin özü zərər çəkməyib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Qaynarinfo.Az