Xəbər lenti

Sima iş adamı olan atasının şəkillərini paylaşdı - FOTO
Maqazin12:34 21.06.2015

Sima iş adamı olan atasının şəkillərini paylaşdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“İşte benim stilim” moda yarışmasının qalmaqallı keçmiş iştirakçısı Sima Şərafətdinova sosial şəbəkədə atasının fotosunu paylaşıb. “Qafqazinfo”nun məlumatına görə, o, məşhur biznesmen olan Vahid Şərafətdinovu “Atalar günü” münasibəti ilə təbrik edib:
“Həyatda həmişə belimi sənə dayadım. Mənə həmişə səhvlərimlə bağlı yol göstərdin. Bir addım atanda əlimdən tutdun. İndi fərq edirəm ki, sən mənim əlimi heç buraxmamısan. Şükür edirəm ki, bu dünyaya sənin qızın kimi gəlmişəm.  Həyatda tam istədiyim yerdəyəm, buna görə sənə borcluyam. Ailəmizin rəisi, səni çox istyirəm ata”.
Qeyd edək ki, Vahid Şərafətdinov Türkiyə, Rusiya və İranda şirkətlərə sahibdir. Biznesmen İranda daha çox tanınır, eyni zamanda Dubayda şirkətləri var. İş adamı mediada daha çox Xocalı faciəsi ilə bağlı təşkil etdiyi tədbirlərlə gündəmə gəlib. 
Qaynar.info