Xəbər lenti

Şimal zonasında reyd: Sürücülər saxlanıldı
Ölkə13:53 17.01.2015

Şimal zonasında reyd: Sürücülər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün axşam saatlarında start verilən reyd Siyəzən şəhəri Heydər Əliyev prospektində keçirilib. Qaynar.info "Regional TV"yə istinadən xəbər verir ki, reydin keçirilməsində əsas məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən sürücüləri müəyyən edib saxlamaq, onların yarada biləcəyi yol nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarət olub.
Reyd zamanı 2 sərxoş sürücü müəyyən edilərək məsuliyyətə cəlb edilib. Polisin “saxla” əmrinə tabe olmayıb ərazidən uzaqlaşmağa çalışan sürücülərə də rast gəlinib.
Siyəzən şəhəri ərazisinə iri tonnajlı yük avtomobillərinin girişi qadağan olunduğundan reyd zamanı 2 yük maşını da saxlanılaraq aparılıb. Bununla yanaşı, reyddə bir sıra digər qayda pozuntularına da rast gəlinib.
Bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.
Qaynar.info