Xəbər lenti

Şimali Koreya ABŞ-ı hədələdi
Dünya11:22 07.08.2017

Şimali Koreya ABŞ-ı hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya lideri Kim Çen İn ABŞ-ı hədələyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kim Çen ABŞ-ın tətbiq etdiyi sanksiyalara cavab verəcəklərini və bu mövqe dəyişməyəcəyi təqdirdə nüvə müzakirələrinin aparılmayacağını, ABŞ-ın okeanın o tayında özünü təhlükəsiz hiss etməsinin yanlış olduğunu deyib.

Qeyd edək ki, ABŞ ötən günlərdə BTM-nin Təhlükəsizlik Şurasına Şimali Koreyanın ixracatını 3 milyarddan 1 milyarda endirməyi nəzərdə tutan sanksiya layihəsini təklif edib və bu, komitənin 15 daimi üzvü tərəfindən qəbul edilib. Bundan əlavə BMT üzvü ölkələr Şimali Koreya vətəndaşlarına işçi vizası verməyi dayandıracaq. 

Gülşən

Qaynarinfo.Az